Modern.az

Əfv Komissiyasının əvvəlki üzvləri qanunsuzluq ediblər! - Deputatdan İTTİHAM

Əfv Komissiyasının əvvəlki üzvləri qanunsuzluq ediblər! - Deputatdan İTTİHAM

17 Sentyabr 2020, 11:11

“Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri insanlara yaxınlaşıb, yaxınlarının əfv siyahısına salınmasına kömək edəcəyini deyib. Bu necə ola bilər?!”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

 

O bildirib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub:

 

“Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib. Həmin sürücü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.


Xatırladaq ki, Prezident İlham Əliyevun sentyabrın 8-də imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının tərkibi dəyişib.

Həmin sərəncamla Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Əfv Komissiyasının sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bundan başqa, keçmiş mədəniyyət Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı səfir Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova da yeni komissiyanın tərkibinə daxil edilməyiblər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?