Modern.az

ASA-da yeni komitə sədri seçildi - TƏYİNAT

ASA-da yeni komitə sədri seçildi - TƏYİNAT

Aktual

17 Sentyabr 2020, 11:38

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin növbəti iclası keçirilib.


ASA-dan Modern.az-a verilən məlumata görə,  iclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub. Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.

Qeyd edək ki, Ə.Əlizadə əmək fəaliyyəti ərzində müxtəlif yerli və xarici şirkətlərin menecmentində təmsil olunub. O, təşkilati strukturun idarə edilməsi, yeni biznes müəssisələrin inkişaf etdirilməsi, şirkətdaxili korporativ hüquqi problemlərin həlli, o cümlədən genişmiqyaslı beynəlxalq tiçarət əməliyyatlarını həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?