Modern.az

Nazirlik 923 nəfər dializ xəstəsinin əlilliyini ləğv edib - RƏSMİ

Nazirlik 923 nəfər dializ xəstəsinin əlilliyini ləğv edib - RƏSMİ

Aktual

17 Sentyabr 2020, 11:35

Azərbaycanda 7000-dən çox saxta əlillik ləğv edilib.

 

Modern.az  məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. 

 

Onun sözlərinə görə, 923 nəfərin dializ xəstəsinə aid olan məlumat Səhiyyə Nazirliyinin dializ sistemində olmadığı üçün həmin əlillik halları ləğv edilib. Milli Oftalmologiya Mərkəzinin məlumat reyestrində məlumat olmadığı üçün göz xəstəliklərinə görə alınmış 330 əlillik müayinəsi etibarısz hesab edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir