Modern.az

ABŞ dünyadakı 2 əsas strateji rəqibinin adını çəkdi

ABŞ dünyadakı 2 əsas strateji rəqibinin adını çəkdi

17 Sentyabr 2020, 12:02

“Rusiya və Çin ABŞ-ın əsas strateji rəqibləridir”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper açıqlama verib.

 

Onun sözlərinə görə, bu iki ölkə “qarətçi iqtisadiyyat, pozucu siyasi və hərbi fəaliyyət” apararaq qüvvələr nisbətini öz xeyrinə dəyişməyə çalışır.

Bundan əvvəl, Esper Rusiya, Çin, Şimali Koreya və İranın kiberməkanda ABŞ-ın mövqelərini sarsıtmağı planlaşdırdığını qeyd etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir