Modern.az

“O təklif mənim deyil” - Mətbuat iki xanım deputatı dəyişik saldı – QALMAQAL

“O təklif mənim deyil” - Mətbuat iki xanım deputatı dəyişik saldı – QALMAQAL

Parlament

18 Sentyabr 2020, 09:00

Ötən gün bəzi KİV-lərin Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasından hazırladıqları yazılarda deputat Jalə Əliyevanın adından “sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi giriş olmalıdır” təklifinin qeyd edilməsi ciddi tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə Jalə Əliyevanın adı ətrafında müzakirələr açılıb, çoxları bu təklifə görə onu qınayıblar.

Modern.az-ın məlumatına görə, deputat Jalə Əliyeva bu tənqidələri əsassız sayaraq, həmin təklifin onun tərəfindən səsləndirilmədiyini bildirib.


“Həmin komitənin üzvü, həmkarım və adaşım Jalə Əhmədova sosial şəbəkələrlə bağlı təklif irəli sürüb. Hörmətli həmkarımın fikirlərini mənim təklifim kimi oxuculara təqdim edən media qurumlarından açıqlamalarına düzəliş etmələrini
xahiş edir, daha məsuliyyətli və diqqətli olmalarını tövsiyə edirəm. Müraciətimizdən sonra bir çox saytlar xəbərə düzəliş ediblər. Bunu da diqqətlərinə çatdırıram ki, mən üstəlik həmin komitənin üzvü də deyiləm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi