Arxiv
18 Sentyabr 2020, 11:44 | DİASPOR
Misirdəki azərbaycanlılar... - Səfir onların durumundan DANIŞDI

“Misirdə pandemiya ilə bağlı məhdudiyyətlər tam olaraq aradan qaldırılmayıb. Bu səbəbdən də Misirdəki Azərbaycan vətəndaşlarının vəziyyəti mütəmadı olaraq diqqətimizdədir. Səfirliyin əməkdaşları da daxil olmaqla müştərək WhatsApp qrupu fəaliyyət göstərir ki, burada həmvətənlilərimiz qarşılaşdıqları problemlər və ölkədə tədbiq olunan qaydalar barədə məlumatları paylaşır. İmkan daxilində hər bir soydaşımıza köməklik göstərilir”.  


Bu fikirləri Modern.az-a Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bildirib.


Səfirin sözlərinə görə, ali və orta təhsil müəssisələri tədrisi ənənəvi qaydada  davam etdirməyəcək:


“Ali təhsil müəssisələri üçün dərslər onlayn olacaq. Bu da pandemiya  ilə bağlıdır. Amma tam olaraq dərslərin necə keçiriləcəyi barədə  təfərrüatı ilə danışa bilməyəcəm. Yalnız kiçik yaşlı məktəblilər karantin qaydaları əsasında dərslərinə davam edəcəklər”.

Diplomat azərbaycanlı tələbələrin təhsillərini davam etdirməsi barədə də danışıb:

“Misirdə təhsil alan azərbaycanlı tələbələrə gəldikdə, onu deyə bilərəm ki, onların sayı o qədər də çox deyil. Cəmi 20 tələbə təhsil alır. Tələbələrin dərs məsələsi universitetdaxili məsələdir. Güman ki, hansı qaydada keçiriləcəyi  barədə tələbələrimizə məlumat verilib”.

T.Rzayev deyib ki, Azərbaycan-Misir hava limanları bağlı olsa da, soydaşlarımız Türkiyə vasitəsilə Misirə gələ bilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv