Modern.az

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO

Aktual

18 Sentyabr 2020, 17:18

Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə həkim Adil Qeybulla məlumat verib.

 

Vəkili Aqil Layıc isə ev dustaqlığına buraxılan T.Yaqublu ilə şəklini paylaşıb.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatə baxılıb.

 

Hakim Elmar Rəhimovun sədrliyilə keçirilən iclasda T.Yaqublunun vəsatəti təmin edilib.

 

****

 

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxandan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, o, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi