Modern.az

“Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu

“Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu

18 Sentyabr 2020, 20:18

Sumqayıtda bədbəxt hadisə olub.

Modern.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb. Şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Sənan Ağa oğlu transformatorda təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

S.Ağayevin “Azərenerji”nin işçisi olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər