Modern.az

Türkiyədə daha 62 nəfər koronavirusdan öldü

Türkiyədə daha 62 nəfər koronavirusdan öldü

18 Sentyabr 2020, 21:44

Türkiyədə son sutka ərzində daha 62 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçənlərdən 1 711-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  299 810  nəfərə çatıb.

Müalicə olunan 1 060  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 264 805  nəfər təşkil edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır