Modern.az

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı - FOTOLAR

Mədəni̇yyət

20 Sentyabr 2020, 20:54

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini  əsgər salamı ilə qarşılayan uşaq Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Modern.az xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə bu hərəkəti ilə sosial şəbəkələrdə məşhurlaşıb. Onun hərbçiləri salamlamasını əks etdirən fotoşəkli Facebook-da böyük izləyici kütləsi qazanmaqla yanaşı, çox sayda paylaşılıb.
 

Sərhəd diviziyasında keçirilən bugünkü görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.

Elton gələcəkdə sərhədçi olmaq istədiyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı