Modern.az

Dərnəgül yolundakı “pul tələsi” ...

Dərnəgül yolundakı “pul tələsi” ...

21 Yanvar 2010, 11:34

İKİ AY ÖNCƏ SÖKÜLƏN BƏZİ OBYEKTLƏR YENİDƏN FƏALİYYƏTƏ BAŞLAYIB

 

Ötən ilin noyabrında Bakının Dərnəgül şossesi (Z.Bünyadov prospekti) ətrafında yerləşən tikinti materiallarının satışı lə məşğul olan 100-dək obyekt yığışdırıldı. Həmin vaxt şəhər Ticarət və Xidmət Departamenti sökülən obyektlərin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 3 noyabr 2009-cu il tarixli göstəriş əsasında yığışdırıldığını bəyan etmişdi. Amma son müşahidələr göstərir ki, Dərnəgül yolundakı obyektlərə qurulan tələ “pul tələsiymiş”...

 

Bakı şəhər Ticarət və Xidmət Departamentinə inansaq, merin göstərişi ilə Dərnəgül şossesi boyunca asfaltdan 100 metr sağ və solda yerləşən obyektlər qanunsuz tikildiyi üçün sökülməliydi. Sökmə işləri həyata keçirilərkən bildirilirdi ki, yoldan 100 metr kənarda yerləşən mağazalar da öz mallarını bayırda deyil, obyektin içində sata bilərlər. Bu, onunla izah olunurdu ki, Z.Bünyadov prospektinin əsas yolunda tez-tez tıxaclar yarandığından, avtomobillərin hər iki təfədəki köməkçi yollardan da istifadəsinə şərait yaradılır.

Yığışdırılmasına göstəriş verilən obyektlərə Bakının Lökbatan qəsəbəsindəki "Binə" və "Sədərək" ticarət mərkəzlərində yerləşmək təklif olunmuşdu. Doğrudan da həmin vaxtlarda Dərnəgül şossesi boyunca tikinti materiallarının satışı lə məşğul olan xeyli obyekt ləğv olundu. Amma Bakı şəhər Ticarət və Xidmət Departamentinin bəyan etdiyi kimi, Dərnəgül şossesi boyunca asfaltdan 100 metr sağ və solda yerləşən bütün obyektlər sökülmədi. Yığışdırılan mağazalar yolun 30-50 metrliyindəki obyektlər oldu. Yoldan 60-70 metr aralıda yerləşən satış yerlərinə toxunulmadı. Heç Z.Bünyadov prospektinin hər iki təfəindəki köməkçi yollarda da avtimobillərin hərəkətinə şərait yaradılmadı. Üstəlik iki ay öncə sökülən bəzi obyektlər indi yenidən Dərnəgül yoluna yaxın yerlərdə fəaliyyətə başlayıblar və müşahidələrimizə görə, son günlər onların sayı artmaqdadır.

Hətta artıq yol kənarındakı bəzi mağazalar öz mallarını bayırda da düzüb satmağa başlayıb. Adının çəkilməsini istəməyən sahibkar bildirib ki, əvvəllər yığışdırılan və indi yenidən fəaliyyətə başlayan satış obyektləri bunun müqabilində kimlərəsə böyük məbləğdə haqq veriblər. Tələb olunan məbləğləri ödəməkdən imtina edənlər isə ya fəaliyyətlərini dayandırıblar, ya da "Binə" və "Sədərək" ticarət mərkəzlərinə köçməyə məcbur olublar. Yəni belə məlum olur ki, Dərnəgül yolu boyunca işləyən obyektlərə yaradılan tələ elə “pul tələsi”ymiş... Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?