Modern.az

Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi

Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi

22 Sentyabr 2020, 15:34

Avropa Birliyinin baş diplomatı Jozep Borrel Belarusa səfər etməyə hazır olduğunu bəyan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, prezident Aleksandr Lukaşenkonun Brüsellə danışıqlara getməməsindən gileylənib.

“Əgər bu proqressə yol açacaqsa, mən Minskə getməyə hazıram. Bu günə qədər Lukaşenko Avropa Birliyi ilə bütün səviyyələrdə ünsiyyətə daxil olmaqdan çəkinib”-deyə diplomat açıqlama verib.

 

Borrel bundan öncə, Belarus qarşı sanksiyaların tətbiq olunmasını şəxsi məqsədlərindən biri elan etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?