Modern.az

Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ  

Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ  

22 Sentyabr 2020, 19:53

“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” genişləndirilib. 

 

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

21 avqust 2020-ci il tarixli qərar 22 avqust 2020-ci il tarixdə dərc edilib və dərc edildiyi gündən 30 gün sonra – bu gün sentyabrın 22-dən qüvvəyə minib. 

 

Beləliklə, 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür