Türkiyədə son sutka ərzində daha 65 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 639 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 114 311 nəfərdən 1 692-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 306 302 nəfərə çatıb.
Müalicə olunan 1 261 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 269 696 nəfər təşkil edir".