Modern.az

ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır

ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır

22 Sentyabr 2020, 23:35

ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Amerika Birləşmiş Ştatlarda tətbiqini istisna etmir.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Keyli Makineni ABŞ rəhbərindən sitat gətirərək Trampın özünü ilk olaraq peyvənd etdirməyə hazır olduğunu qeyd edib: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".

Beləliklə Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib.

Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi