Modern.az

Həbsxanadan QAÇIŞ: Təhlükəli cinayətkarlar Azərbaycana keçə bilər

Həbsxanadan QAÇIŞ: Təhlükəli cinayətkarlar Azərbaycana keçə bilər

Hadisə

23 Sentyabr 2020, 14:28

Dağıstanda 6 təhlükəli məhkumun həbsxanadan qaçması geniş rezonans doğurub.

Modern.az Dağıstan KİV-nə istinadən xəbər verir ki, qaçan 6 məhkumdan 5-i Rusiya, 1-i isə Tacikistan vətəndaşıdır. Onlardan 4-nün narkotik vasitələrin aludəçisi olduğu, 2-nin isə qətlə görə, məhkum olunduqları bildirilib. Məhkumlar qaldıqları kameradan həbsxananın çölünə doğru dərin quyu qazaraq azadlığa çıxıblar.

 

Paytaxt Mahaçqalanın yaxınlığında yerləşən 2 nömrəli həbsxanadan qaçan məhkumlarln axtarışına bütün şəhər polisi cəlb olunub.

Axtarılan şəxslərin meşəlik ərazidə gizlənməsi yaxud Azərbaycan ərazisinə qaçması gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür