Arxiv
25 Sentyabr 2020, 09:53 | DİASPOR
Ermənistandan öz vətəndaşlarına etinasızlıq:  Azərbaycan nümunə göstərildi

Bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yaşanan gərginlik Moskvada da kütləvi toqquşmalara səbəb olmuşdu.

 

Modern.az xəbər verir ki, hər iki xalqın yüzminlərlə nümayəndəsinin yaşadığı meqapolisdə ermənilər azərbaycanlılara milli zəmində hücumlar təşkil etmişdi.     

Həmin hücumlardan biri iyulun 24-də Moskvanın azərbaycanlılara məxsus “Bakinskiy dvorik” restoranına baş vermişdi. Erməni milliyətindən olan 7 nəfər restoranın qapılarını qıraraq içəri keçib, stol və stulları qırmış, azərbaycanlı personala da hücum etmişdi.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə (milli zəmində xuliqanlıq törətmə) cinayət işi açılıb. Saxlanılanların 6-sı Ermənistan, 1-i isə Rusiya vətəndaşıdır. Onları 500 min rubldan 1 milyon rubla qədər cərimə, yaxud 3 ildən 4 ilə qədər həbs cəzası gözləyir.


Moskvadakı erməni diasporunun soydaşlarını azad etmək üçün tələb olunan məbləği toplamaması, səfirliyin isə məsələ ilə maraqlanmaması erməni internet istifadəçilərini qəzəbləndirib. Onlar sentybarın 15-16-sı tarixlərində Azərbaycanın Rusiyadakı səfirliyi və yerli diaspor nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmə iclasını xatırladıb. Həmin iclaslar zamanı xuliqanlıq etməkdə ittiham olunan 9 Azərbaycan vətəndaşı həbsdən azad edilmişdi. İbtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

Saxlanılan ermənilərin yaxınları Azərbaycan səfirliyinin və diasporunun öz vətəndaşlarının taleyi ilə maraqlanmasını, hüquqlarını müdafiə etməsini misal çəkərək, Ermənistan dövlətinin məsələyə laqeydliyini, Moskvadakı erməni diasporunun passivliyini qeyd ediblər. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv