Modern.az

Robert Köçəryan danışdı və...

Robert Köçəryan danışdı və...

21 Yanvar 2010, 16:15

Ermənistanın ikinci prezidenti Robert Köçəryan  yanvarın 20-də Tehranda İranın xarici işlər naziri Mənuçöhr Mottəki ilə görüşüb və bu görüşü ilə də Sərksiyan hakimiyyətinin qəzəbinə tuş gəlib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda siyasilər belə bir suala cavab tapmaq istəyir: “Köçəryanı Ermənistan rəhbərliyi adından danışmağa kim vəkil edib?” 

“Tehran Times”in məlumatına görə, bəhs olunan görüş zamanı ikitərəfli əməkdaşlıq və regional inkişaf məsələləri müzakirə olunub. Mənbəyə görə, Mottəki İran – Ermənistan əlaqələrinin uzun tarixə malik olduğunu deyib. O əlavə edib  ki, Qafqazda təhlükəsizlik və sabitliyi regional kontekstdə təmin etmək lazımdır. Dünya maliyyə böhranından danışarkən Mottəki qeyd edib ki, bu problemlər ikinci dünya müharibəsindən sonra yaranmış korrupsiyalaşmış sistemlərdən qaynaqlanır.  

Köçəryan səfərdə Ermənistan prezidenti kimi danışıb. Onun sözlərinə görə, ölkəsi İranla əməkdaşlığı genişləndriməyə hazırdır.

 

Rober Köçəryanın  mətbuat katibi Viktor Soqomonyan sabiq prezidentin Ermənistan adından hansısa bəyanat verməsini təsdiqləyə bilməyəcəyini, o bu görüşdə şəxsən iştirak etmədiyini bildrib. Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Köçəryanın ofisinə müraciət edərək sabiq prezidentin bəyanatları barədə informasiya verilməsini tələb edib. 

Köçəryan görüş gedişində həm də regiondakı iqtisadi və təhlükəsizlik məsələlərinin həllinə regional yanaşmanın vacibliyini deyib. Onun sözlərinə görə, “Qafqaz problemlərinin həllində xarici ölkələrin verdiyi reseptlər zərərlidir”.

 

Erməni KİV-i kinayə ilə bildirir ki, yəqin Köçəryan İran vasitəsi ilə hakimiyyətə gəlmək istəyir.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi