Modern.az

İspaniya, yoxsa Portuqaliya?

İspaniya, yoxsa Portuqaliya?

27 İyun 2012, 09:04

Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

Modern.az-ın məlumatına görə, ilk oyun günündə daha bir qarşılaşma baş tutacaq.

Son dünya və Avropa çempionu İspaniya millisi titulunu qorumaq yolunda inamla irəliləyir. İspanların bu dəfəki rəqibi isə ən yaxın qonşuları Portuqaliya yığması olacaq.
 
Son dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olan Portuqaliyanın bu dəfə hansı aqibətlə üzləşəcəyi isə böyük maraq doğurur. Kriştiano Ronaldonun komandası finala yüksələcəyi təqdirdə 2004-cü ildəki uğurunu təkrarlamış olacaq. 

Qeyd edək ki, Portuqaliya millisi 2004-cü ildə finala yüksəlsə də, həlledici görüşdə Yunanıstana 0:1 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?