Arxiv
1 Oktyabr 2020, 12:30 | DİASPOR
Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb - FOTO

Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, onlar “Qarabağ Azərbaycandır” plakatını James Jackson Storrow Memorial Drive ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar.

 

Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldə biliblər.

Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb (FOTO) - Gallery Image Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv