Modern.az

Amerikada yaşayan azərbaycanlı aktyor: Anam və Azərbaycanım üçün dua edirəm

Amerikada yaşayan azərbaycanlı aktyor: Anam və Azərbaycanım üçün dua edirəm

Diaspor

2 Oktyabr 2020, 11:30

Xaricdə yaşayan tanınmış azərbaycanlılar dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə səsləyiblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, hazırda Almaniyada yaşayan, İrəvan xanının nəslinin davamçısı Əmir Əli Sərdari İravani Ermənistan Ordusunun cəbhə xətti boyunca növbəti təxribatını qınayıb və münaqişənin köklərinin hardan qaynaqlandığına dair öz fikirlərini bölüşüb : “Avropa ölkələri 20-ci ərsin əvvəllərində Osmanlı dövlətini zəiflətmək üçün hər vəcdlə müsəlman şərqində xristian dövləti yaratmağa çalışırdılar. Romanovlar sülaləsinin süqutunu və Böyük Rus inqilabını fürsət bilən ermənilər Qarabağın Dağlıq hissəsində muxtariyyət statusu almağa müvəffəq oldular. Bugünkü münaqişələrin əksəriyyətinin kökü məhz Birinci dünya müharibəsindən öncəki illərə gedib çıxır. Bu münaqişələrin həlli üçün həmin dövrün tarixinin araşdırılması zəruridir”.

 

Rusiya Böyük teatrın solisti, tanınmış opera ifaçısı Elçin Əzizov da Ermənistanın cəbhə xətti boyunca törətdiyi növbəti təxribata biganə qalmayıb. Şəxsi sosial şəbəkə hesabında Azərbaycan bayrağının rənglərində olan xəritəmizi paylaşıb.

 

Tanınmış sirk artisti, Azərbaycanın “Çarli Çaplin”i, Amerikada yaşayan azərbaycanlı aktyor Üzeyir Novruzov şəxsi sosial şəbəkə hesabında yazır: “Məni iki şey narahat edir- anam və vətənim Azərbaycan. Azərbaycanda müharibə gedir və anam orda yaşayır. Mən anam və Azərbaycanım üçün dua edirəm. Allah şəhidlərə rəhmət eləsin!”

 

Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır Şöbəsinin sədri İlteriş Kağan Taşkınsu da Tweeter hesabında “Qarabağ Azərbaycandır!” şüarını paylaşaraq Azərbaycana dəstəyini bildirib.

 

Rusiyada yaşayan tanınmış bloqqer Hüseyn Həsənov Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək instagram hesabından aşağıdakı kimi paylaşım edib: “Öncəki iki paylaşımım silindi. Üçüncü dəfə paylaşmağım lazım idi? Bəli. Məni düzgün başa düşün. Mən sülh tərəfdarıyam, amma bəzi şəxslərin nə baş verdiyini anlamadığını, digər tərəfdən isə ictimai xadimlərin Azərbaycanı pis təqdim etdiyini görəndə susa bilmirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi