Arxiv
4 Oktyabr 2020, 10:59 | DİASPOR
Qırğızıstan portalları Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı materiallar yaydı

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycan ərazilərinin Ermənistan işğalından azad olunması ilə bağlı materiallar yayıb.

 

Modern.az xəbər verir ki, yazılarda bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin özünün rəsmi Tvitter səhifəsində yazdığı bildirilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad edib.

 

Azərbaycan Prezidenti, həmçinin Tvitter səhifəsində yazıb: “Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.

 

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”

 

Saytlar Azərbaycanın Müdafiə Nazirliyinin məlumatını da yayıb. Məlumatda deyilir: “Şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub”.

 

Bildirilir ki, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

 

Portallar yazır: “Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv