Modern.az

Kanadada yaşayan azərbaycanlılar Ermənistanın Gəncəni bombalamasını pislədi

Kanadada yaşayan azərbaycanlılar Ermənistanın Gəncəni bombalamasını pislədi

4 Oktyabr 2020, 15:45

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni uzaq mənzilli raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərdən 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Cəbhə xəttində çətin vəziyyətdə olan ermənilər yaşayış məntəqələrimizə hücum etməyə başlayıblar".

 

Modern.az xəbər verir ki, bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin bəyanatında bildirilib. 

 

"Cenevrə Konvensiyasının 1977-ci ildə qəbul olunan Protokolunun 51-ci maddəsinə görə, mülki əhalinin cəmləşdiyi şəhərlərin, qəsəbələrin, kəndlərin və ya digər ərazilərin bombalanması hərbi cinayətdir. Üstəlik, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açmaq açıq şəkildə təxribatdır və döyüş əməliyyatları zonasını genişləndirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın böyük şəhərlərindəki mülki insanlara qarşı törətdiyi hərbi cinayətlərdən dərin narahatlıq keçiririk”, - bəyanatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi