Arxiv
6 Oktyabr 2020, 11:14 | DİASPOR
Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır - FOTO

İordaniya Haşimilər Krallığı, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasındakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların adından Ermənistanın təxribatlarını pisləyən bəyanat yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bəyanatda bildirilir: 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal al­tında saxlayır. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olması təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı əksinə yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq.

 

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin və Ordusunun yanında olduqlarını bəyan edərək yaşadıqları ölkələrin yerli ictimaiyyətini haqlı davasında Azərbaycanın mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanı təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar.

 

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərdən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı mübaribənin səbəbləri haqqında yazısı dərc olunub.

 

Türkiyənin Bilkent Universitetinin Nanotexnologiya Araşdırmaları Mərkəzinin fəxri professoru Əmirullah Məmmədov facebook sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycana dəstəyini nümayiş etdirib: “Bu Azərbaycanın Vətən müharibəsidir. Mücadiləmizdə haqlıyıq və qalib gələcəyik.”

 

Latviya Seyminin üzvü, ölkənin ATƏT Parlament Assambleyasındakı nümayəndələrindən biri, deputat Romans Naudins facebook sosial şəbəkə hesabındakı paylaşımında ermənilərin Azərbaycanın işğal altında olan ərazilərindəki məscidlərimizi təhqir etmələrini əks etdirən şəkil paylaşıb: “Erməni “siyasətçiləri” Azərbaycanın hazırda mübarizə apardığı işğal altında olan torpaqlarındakı məscidlərinə belə münasibət göstərirlər. “Erməni siyastçiləri” ifadələsini xüsusi vurğulayıram, çünki çünki yalnız siyasətçilərin mövqeyi sayəsində mədəni və tarixi abidələrə bu cür münasibət göstərilə bilər...”

 

Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyəti məlumatlandırır (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv