Modern.az

“Agos” qəzeti Türkiyə-Azərbaycan birliyinə kölgə salmaq istəyir

“Agos” qəzeti Türkiyə-Azərbaycan birliyinə kölgə salmaq istəyir

Media

6 Oktyabr 2020, 12:44

Azərbaycanla qardaş ölkə və başlıca strateji tərəfdaş Türkiyə Ordumuzun əks-hücum əməliyyatlarına tam dəstək verib.

 

Modern.az xəbər verir ki, bu dəsətk istər hökumət, istərsə də cəmiyyət tərəfindən tam dəstk alır. Bununla belə, Türkiyədə ki erməni icmasının buraxdığı “Agos” qəzeti baş verənləri Yerevanın gözü ilə işıqlandırmağa çalışır.

 

Belə ki, sentybarın 27-də döyüş əməliyyatlarının başlanmasından bəri qəzet rəsmi Yerevanın Suriyadan Türkiyə vasitəsilə terrorçuların guya Azərbaycana göndərilməsi barədə Yerevanın əsassız iddialarını tirajlayır. Qəzet Türkiyə Ordusunun 150-dən arıtq zabitinin Qaravağda vuruşması, yaxud Ermənistanın özününü səhvən vurduğu Su-25 qırıcısının dağa çırpılaraq məhv olmasında Türkiyəni ittiham etməsi kimi yalanları da əks etdirib.

Digər maraqlı məqam, “Agos” qəzetinin Qarabağın Ermənistanın işğalı alıtndakl ərazilərində dağıntılar barədə geniş məlumat verməsinə baxmayaraq, Gəncə, Tərtər, Beyləqan, Mingəçevir, Abşeron, Goranboy və Bərdənin Ermənistanın ağır artilleriyası tərəfindən atəşə tutulması barədə yazmaması, dağıntıların mqiyası. Həlak olan mülki şəxslər barədə söz açmamasıdır.

 

Hadisələri birtərəfli işıqlandıran qəzet türkiyəli oxucularda Qarabağ münaqişəsinin tarixi və döyüşlərin baş vermə səbəbləri ilə bağlı yanlış təsəvvürlər yaranmasına səbəb olmağa çalışır. Bundan başqa, rəsmi Yerevanın maraqlarına xidmət edən xarici ölkə başçıları və təşkilatların vəyanatlarını ilk sırada yerləşdirir

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir