Modern.az

Bayrağımız Şuşada dalğalanacaq: O gün bu gündür!

Bayrağımız Şuşada dalğalanacaq: O gün bu gündür!

8 Oktyabr 2020, 09:50

Azərbaycan ordusu Qarabağda şanlı tarix yazarkən, qarabağlı tanınmışlar hərbçilərimizə öz dəstəklərini ifadə ediblər.

 

Hamı Ali Baş Komandanın ərtafında sıx birləşib

 

Xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimov Modern.az-a danışarkən, cəbhə bölgəsindən yeni qayıtdığını bildirib:

 

“Bu gün xalqımızın qəlbi Qarabağda döyünür. Hamı böyük həyəcanla cəbhədən gələn xəbərləri gözləyir. Mən də bir ağdamlı kimi, öz yetirməm Təyyar Bayramovla birlikdə Ağdamda oldum. Həm əsgərlərimizə gücümüz çatan sovqat apardıq, həm də sakinlərlə görüşdük, xalqın içində olduq. Ağdamda qaldığımız üç gün ərzində erməni vandallarının durmadan yaşayış mənətəqələrini hədəfə aldıqlarının şahidi olduq. Şəhidimizin dəfnində iştirak etdik. İnsanlarımızın əhval-ruhiyyəsi o qədər yüksəkdir ki, evi dağılan insan evindən çıxmır, deyir “bu evin yüzü qurban olsun əsgərimizin bir dırnağına”. Bilirsiniz, artıq xalqın səbri tükənib, bizim işimiz haqq işidir, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Ali Baş Komandanın döyüş əmrini 27 ildir gözləyirdik. Artıq ordumuz kifayət qədər irəliləyib, inaşllah yaxın günlərdə böyük qələbələrin şahidi olacağıq.

 

 

Bu gün uşaqdan böyüyə hər kəs Ali Baş Komandanın müsəlləh əsgəridir. İnanın sadə insanların o qədər axını var cəbhə bölgəsinə, kimi yemək bişirir gətirir, kimi isti paltarlar alır...

 

İnsan bu vəziyyətə baxıb yalnız fərəhlənir. Biz Quzanlıda, Xındırıstanda olduq, hamı düşmən atəşini əlində Azrbaycan bayraqları ilə qarşılayır.

 

Ermənidən fərqli olaraq, azərbaycanlılar qaçıb zirzəmilərdə gizlənmir. Xalq ordunun yanındadır, bizim üstünlüyümüz də budur ki, öz torpağımızda öz torpağımız uğrunda vuruşuruq. Erməni öz əsgərinin ayağını posta, maşına qandallayır ki, qaçmasın. Onların məkrli siyasətinin nəticəsidir ki, bizim yaşayış məntəqlərimizi, şəhərlərimizi vururlar. Ümumiyyətlə, ermənilər insanlıqdan kənar millətdirlər. Ona görə də əminəm ki, qələbə bizimlədir”.

 

Xalq artisti deyib ki, yenidən cəbhə bölgəsinə qayıdacaq: “İnanın Bakıda otura bilmirəm, ürəyim onlarladır. Düşünürəm ki, necə ki, hər kəs əlindən gələni əsirgəmir, sonuna qədər belə davam etməliyik. Fərqi yoxdur, jurnalist, xanəndə, mühəndis, müəllim, hər kəs əlindən gələni edir.

 

Doğrudan da bizim xalqımız böyük xalqdır. Sərkərdələr yetişdirən xalqdır bu xalq. Erməni deyirdi, azərbaycanlı vuruşa bilmir. Ordumuz onlara necə vuruşmaq lazım olduğunu Qarabağda sübut edir.

 

5-6 saata 7 kənd azad etdilər, o boyda Murov dağını geri aldılar. Bu gün hamımız Ali Baş Komandanımızın yanında bir yumruq kimi birləşmişik. Dünyanın hər yerindən dəstək mesajları gəlir. Baxmayaraq ki, bəzi dövlətlər ikili standartlarla oynayır, biz haqq işimizi davam etdiririk. Ermənilər bizə müharibədən başqa yol buraxmadılar. Ona görə də irəli, yalnız irəli, Azərbaycan Əsgəri! Dayanacaq yerimiz Şuşa olacaq inşallah! Söz verdiyim kimi, Qarabağa şikəstəsini Ali baş komandanın rəhbərliyilə Şuşadakı zəfər bayramında oxuyacam”.

 

Ermənistan Ordusunun gücü dinc əhaliyə çatır

 

Xalq artisti Aygün Bayramova Modern.az-a  bildirib ki, hamı kimi onun da ürəyi Qarabağda, səngərdəki əsgərlərimizlə birgə döyünür:

 

 

“Bütün azərbaycanlıların hamısı orduyla birgədir. Əlbəttə qürurvericidr, 30 ildir səbr etdik, amma sülhə gəlmədilər. Bilmirəm, onlara hansı adı verək, onlar ən yaxşı halda ünsürdürlər. Onlar çörəyimizi yeyib, üzümüzə tüpürdülər, altdan-altdan da öz işlərini gördülər.

 

İndi məğlubiyyətə uğrayırlar, çıxılmaz vəziyyətdədirlər. Axı gücünüz Azərbayan ordusuna çatmırdısa, niyə müharibəyə başlayırdınız, gücünüz dinc əhaliyə çatır?! Onlar özləri də etiraf edir ki, artıq 1992-ci illər deyil, Azərbaycanın güclü ordusu var.

 

Ermənilər murdarlıqlarından. əclaflıqlarından əl çəkmirlər. Azərbaycan vahid düşmənə qarşı bir nöqtədə birləşməyi bacarır. Sadəcə ermənilər məğlubiyyətlərini qəbul etmirlər. Qələbə çox yaxındır. Düşmənlər deyirlər ey “çiçəklənən Ermənistan”, onlar heç vaxt çiçəkləməyəcəklər.

 

Bizim Prezidentimiz öz humanistliyini nümayiş etdirib dinc əhalilə birgə yaşamağı təklif edib, amma ermənilər buna da yer qoymurlar. Hansı üzlə buna razı olacaqlar axı. Elə bilirəm yer üzündə erməni kimi alçaq, vicdansız insanların toplaşdığı ikinci millət yoxdur. Millət də yox, ünsürdürlər. Bilmirəm onlar necə gəlib gəlib toxum salıblar bizim torpaqlarımızda. Biz şəhidi öz torpağımızda veririk, onlar harada ölür?! Fransanın Marsel şəhərində əhalinin çoxu erməni ünsürləridir. Fransa Prezidentinin ürəyi yanır, Qarabağda məskunlaşan erməniləri aparıb yerləşdirsinlər Marselə. Biz torpağımzdan bir qarış da verməyəcəyik. Qarabağdan sonra əvvəlki illərdə işğal olunmuş torpaqlarımızı da geri alacağıq. Artıq dünya həqiqəti görür”.

 

A.Bayramova cəbhə bölgəsinə getmək istəsə də, vəziyyətlə bağlı səfərini təxirə saldığını deyib:

 

“İnanın əlim heç bir işə yatmır. Bütün qohum-əqrəbamız təmas xəttindədir.  İnşallah tezliklə qələbələrimizi qeyd etmək üçün birgə gedəcəyik. Hamımız bayrağımızı Şuşada dalğalandıracağıq. İnanın ki, o gün məhz bu gündür!”

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?