Modern.az

ABŞ İrana qarşı sanksiyaları ARTIRDI

ABŞ İrana qarşı sanksiyaları ARTIRDI

Dünya

9 Oktyabr 2020, 13:12

ABŞ-ın Maliyyə Nazirliyi İranın 18 böyük bankına qarşı sanksiya tətbiq edib. Modern.az xəbər verir ki, “The Washington Post” qəzetinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar İranın bütün maliyyə sektoruna sanksiyalar tətbiq etsə də, qadağalar kənd təssərrüfatı, qida məhsulları, dərman və tibbi avadanlıqların alınmasına aid edilmir.      

Banklardan 16-sı İranın maliyyə sektorundakı fəaliyyətinə görə, biri Amerikanın “qara siyahısına” düşmüş maliyyə qurumları tərəfindən idarə olunduğu üçün sanksiyalar siyahısına düşüb. Bundan əlavə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə çərçivəsində İranın silahlı qüvvələri ilə əlaqəsi olan bir banka da  məhduduyyət qoyulub.

Verilən məlumatlara əsasən, ABŞ-ın Avropalı müttəffiqləri sanksiyalara etiraz etsələr də, Vaşinqton buna məhəl qoymayıb. Avropa ölkələri bu sanksiyaların yeni koronavirus pandemiyası və valyuta böhranı dövründə İran üçün “dağıdıcı humanitar nəticələrə” səbəb olacağını bildiriblər.

İranın XİN-nin rəhbəri Cavad Zərif isə ABŞ hökumətinin pandemiya şəraitində Tehranın dərmanların pulunu ödəməsi üçün bütün vasitələrini bağlamaq istədiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır