Modern.az

Dünyadakı Azərbaycan diasporunun bütün üzvləri erməni təcavüzünə qarşı mübarizəyə qoşulublar - Fuad Muradov

Dünyadakı Azərbaycan diasporunun bütün üzvləri erməni təcavüzünə qarşı mübarizəyə qoşulublar - Fuad Muradov

9 Oktyabr 2020, 22:20

Avropada, ABŞ-da, Yaxın Şərqdə və Rusiyadakı Azərbaycan diasporunun üzvləri vətənləri və qohumları üçün narahat olaraq birlik nümayiş etdirirlər və təxminən 30 il davam edən erməni təcavüzünə qarşı mübarizəyə qoşulublar.

 

Modern.az məlumatına görə, bunu "Newsweek"ə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

F.Muradov bildirib ki, bütün dünya azərbaycanlıları həmfikir olaraq toplanıb: "Həmvətənlərimiz hərəkətləri və açıqlamaları ilə Ermənistanın Azərbaycana qarşı təcavüzünü əsassız şəkildə dəstəkləyən və baş verənlərlə bağlı məlumatları qəsdən təcavüzkarın lehinə təhrif edən bəzi siyasətçilərə və KİV-lərə qarşı etiraz aksiyaları keçiriblər".

 

Dövlət Komitəsinin rəhbəri virtual iştirakdan danışaraq insanları yalan məlumat yaymamaq barədə xəbərdar edib.

 

F.Muradov "saxta məlumatlar" yaymamaq barədə də xəbərdarlıq edib.

 

Fuad Muradov bəzi ölkələrə və onların KİV-lərinə müraciət edərək, onları təsir altına düşməməyə, erməni lobbiçilərinin özlərindən istifadə etməsinə icazə verməməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər