Modern.az

Türkiyə təhlükəli terrorçunu məhv etdi - FOTO

Türkiyə təhlükəli terrorçunu məhv etdi - FOTO

Dünya

11 Oktyabr 2020, 00:36

Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “İldırım-1” antiterror əməliyyatı nəticəsində Şırnak vilayətinin Beytüşşebap bölgəsində məhv edilən səkkiz terrorçudan biri axtarışda olub.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, DİN tərəfindən axtarışına bir milyon türk lirəsi (təxminən 130 min ABŞ dolları) vəsait ayrılan "Yıldız" ləqəbli PKK/KCK terror qruplaşmasının aparıcı simalarından sayılan Nurgül Duran digər təhlükəli terrorçu "Leyla Amed" ləqəbli Hamiyet Yalçınkayanın şəxsi mühafizəçisi olub. Terrorçu N.Duran bir sıra cinayətlərdə, o cümlədən Şırnakın Silopi rayonunda küçələrdə xəndək qazmaq, barrikadalar qurmaq və digər qanunsuz fəaliyyətləri ilə sosial həyatın pozulması aksiyalarını planlaşdırıb və onların icrasında fəal iştirakçı olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!