Modern.az

Azərbaycan incəsənət xadimləri Misirdə konsertlər verəcəklər

Azərbaycan incəsənət xadimləri Misirdə konsertlər verəcəklər

22 Yanvar 2010, 13:02

Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişə uyğun olaraq 24-28 yanvar 2010-cu il tarixində bu ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. Modern.az Mədəniyyət və Turizm Nazirliyindən istinadən xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Misirin Qahirə və İsgəndəriyyə şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər təşkil olunacaq, rəsm əsərləri və xalq tətbiqi-dekorativ sənət nümunələrindən ibarət sərgilər nümayiş etdiriləcək. Mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Misir Ərəb Respublikasına yanvarın 24-də böyük nümayəndə heyəti yola düşəcək. Rəsmi nümayəndə heyətinin tərkibinə Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Əlikram Əliyev, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxildir. Mədəniyyət günlərinin konsert proqramında Ü. Hacıbəyovun, Q.Qarayevin, F.Əmirovun, S.Ələskərovun, T.Quliyevin əsərləri, folklor musiqisi səslənəcək. Dövlət Rəqs Ansamblının bir qrup üzvü zərif milli rəqslərimizi  ifa edəcək. Solistlərdən xalq artisti vokalçı Azər Zeynalov, xalq artisti xanəndə Nəzakət Teymurova, əməkdar artist vokalçı Gülnaz İsmayılova, xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamançada),  Etibar Qasımbəyli (qarmonda), aşıq Samirə Əliyeva, əməkdar artist, ud ifaçısı Mircavad Cəfərov, Kamran Kərimov (nağarada),  Çinarə Mütəllimova (kanonda)  kimi məharətli ifaçılarımız çıxış edəcəklər. Azərbaycan nümayəndə heyətinin yanvarın 25-də Qahirədə, yanvarın 27-də isə İsgəndəriyyə şəhərində olması planlaşdırılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir