Modern.az

Lavrov: “Qarabağda atəşkəs rejiminə tam riayət olunmur”

Lavrov: “Qarabağda atəşkəs rejiminə tam riayət olunmur”

12 Oktyabr 2020, 13:29

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sergey Lavrov görüşün mətbuat üçün açıq olan hissəsində Qarabağdakı atəşkəs rejimi barədə danışıb.

                                             

“Bakı və Yerevanla müxtəlif istiqamətlər, o cümlədən hərbi kanallar vasitəsilə saxlanılan əlaqə atəşkəs rejimini saxlamağa imkan verir. Amma atəşkəs rejiminə tam mənada riayət olunmur” - deyə Lavrov deyib.

Erməni nazir isə atəşkəs rejiminin əldə olunmasına görə, Lavrova və prezident Putinə təşəkkürlərini çatdırıb.

Rəsmi çıxışdan sonra görüş bağlı qapılar arxasında davam edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir