Modern.az

Moskvada azərbaycanlı kişini oğlu ilə birgə öldürüblər

Moskvada azərbaycanlı kişini oğlu ilə birgə öldürüblər

12 Sentyabr 2009, 09:57
Moskvada əslən azərbaycanlı olan ata-bala qətlə yetirilib. ANS Rusiya Federasiya Prokurorluğu yanında İstintaq Komitəsinin internet saytına istinadən xəbər verir ki, onların meyitləri ötən axşam yerli vaxtla saat 18.30 radələrində Moskvanın “Baumanskaya” metro stansiyasının yaxınlığında dayanmış avtomobildən tapılıb. Maşının qapıları bağlı olub və milis əməkdaşları qıfılı sındırıblar.
Əməliyyatçılar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qətlə yetirilənlər 50 yaşlı Bəxtiyar Kamal oğlu Bağırov və 27 yaşlı Roman Bağırovdur. İlkin versiyaya görə, onlar ata-baladırlar.
Avtomobildən “Makarov” tapançasının gilizləri və böyük məbləğdə ABŞ dolları tapılıb. İstintaqın ehtimalına görə, qatil avtomobilin arxa oturacağında oturubmuş.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu