Modern.az

Boz qurdlar öz torpaqlarından çaqqalları qovur

Boz qurdlar öz torpaqlarından çaqqalları qovur

Ədəbi̇yyat

14 Oktyabr 2020, 09:30

O doğudur ki, hakimiyyətlər gəldi - gedər,  xalqlar əbədidir. Mən bu fəlsəfi fikrin isbatını düşməni işğal etdiyi yurdumuzdan qovmağa başlayanda bir daha dərindən anladım.

Oğuz elində bir savaş başladı. Uzaq-yaxın ellərimizdə olan qardaşlarımız dedilər ki, oğuz eli- Azərbaycanda TOY-dur. Ər oğul, igid oğul Vətənini düşməndən azad etməyə yola düşəndə, Dədəmiz Qorqud da bu mərəkəyə “Toy” deyərdi.

Tanrı qismətimə uzaq-yaxın ellərdə özümə və vətənimə dost qazandırmaq yazıb.  Odlar yurdu, qurdlar yurdu Vətənimizin ərənlərinin davasından xəbər tutmaq üçün yaxın-uzaq ellərdəki dostlarımız  sosial media və  rabitə sisteminin köməyindən yararlanaraq yazdılar, zəng etdilər, təbrik etdilər. Sözləri bir oldu: “Nə yaxşı ki, bu savaşı başladınız!”.

Qazaxıstanda yaşayan Daniyar , Darxan, Kuralay, Naziya, Altınbek, Muxan, Janatay, Nurbolat, Nurgali, Amantay, Abzal, Asqat...-onların hamısının adlarını bu siyahıya yazsam, vaxt aparacaq. O dostların adı ürəyimə qızıl hərflərlə yazılıb.

İçərilərində elələri oldu ki, Qazaxıstan dövlətinin tutduğu rəsmi mövqeyə görə, məndən üzr istədi, lakin elliklə bizim üçün Tanrıya dua etdiklərini, bütün qazax xalqının, qazax ictimaiyyətinin yanımızda olduqlarını  söylədilər.

Bu gün kökümüz, dinimiz, adət və ənənələrimiz bir olan qazax xalqının sosial media seqmenti Azərbaycanın apardığı  müqəddəs savaşda qazandığı qələbələri öz qələbəsi hesab edir. Yazır ki, “boz qurdlar öz torpaqlarından çaqqalları qovurlar”. Bu gün Qazax qızları Azərbaycanda döyüşən səhra komandirlərini özlərinin qəhrəmanı sayırlar. İçərilərində Azərbaycan Ordusunda döyüşən qəhrəmanlarla ailə həyatı qurmaq istəyənlər də var. Dinara Seisen adlı qazax qızı öz səhifəsində general Mais Bərxudarovun, Hikmət Həsənovun şəkillərini paylaşıb yazır: “Evə qayıdış. Qarabağ uğrunda döyüşlərdə  Azərbaycan Ordusunun beş korpusundan ikisinin komandiri  Dağlıq Qarabağdan qaçqındırlar. Hazırda döyüşləri  general-mayor Mais Bərxudarov cənub tərəfdən,  general mayor Hikmət Həsənov isə şimal tərəfdən idarə edirlər”. Onun şərhinin altında rəy yazanlar isə : “Türk oğludur, türk yurdunda başqa cürə də ola bilməzlər”,  “Qazaxa oxşayır”,  digər biri isə: “3-cü korpus da döyüşür. O Gəncə tərəfdədir. Oranın da komnadiri Qarabağlıdır”, “Allah yar olsun, allahdan salamatlıq diləyirəm!”. “Adamın belə nişanlısı olaydı...”.

Ay dostlarım, candaşlarım, indi özünüz deyin, bu sevgini, bu simpatiyanı hansısa siyasət poza bilərmi?!

Muhan İsaxanın (Мұхан Исахан)  öz fb səhifəsində yazdığı “Azərbaycan – Mənim doğma elim!” qeydlərini də həyəcansız oxumaq mümkün deyil. Onun yazdıqlarına şərh yazmayacağam. Sadəcə bəzi sətirlərini  tərcümə edib, diqqətinizə çatdırmaq istəyirəm:

“...Türk tayfaları tarix boyu adətən dar gündə bir-birinin köməyinə gedərdilər.  Onlardan biri  mən deyərdim ki, bir-birinə çox yaxın və doğma olan Azərbaycan və Qazax xalqıdır. Bizim talelərimiz də eynidir.  Biz hələ tarixin VI-IX əsrlərində  Xəzər xaqanlığını qurduq. Altın Orda dövründə  Arran və Şirvanı (Şimali Azərbaycan ) farslardan xilas etmək üçün Özbək xan, Canıbek xan, Berdibek xanla döyüşlərə girdik. Azərbaycan və qazaxın dostluğundan “Korkut Ata”, “Alpamıs”, “Edige”, “Koroğlu” dastanlarında danışılır. Böyük Abay deyirdi ki:

Füzuli, Şəmsi, Səyxali,

Nəvai, Səqdi,Firdovsi,

Hoca Hafiz –onun hamsı,
Mədət ver ey, şəhri fələk .

Mahan İsxanın yazısına şərh yazanlar: “Gözəl”.  “ Nizami Gəncəvinin də həyat yoldaşı Appak qazax qızı idi”, “Çox əla məqalədir”...—Azərbaycanın haqq savaşına hər bir qazaxın dəstək verməyə borclu olduğunu qeyd edirlər.

 Kuanış Edilxantəgi (Қуаныш Еділхантегі )nin  sosial şəbəkədəki fəaliyyətindən görünür ki, o Azərbaycanda baş verən hadisələrin hər dəqiqəsini izləyir. Azərbaycan saytlarında çıxan məqalələrin hamısını  səhifəsində yerləşdirir. Lakin ölkəsinin üzərindən hərbi yüklərin keçirilməsindən narahatdır:

“Məlumdur ki,  Ermənistana Moskvadan kontrabanda yolu ilə  30 komlekt “İgla” silahının başlığını alıb. Azərbaycanın haqq şavaşını İran da, Pakistan da dəstəkləyir.  Gürcüstan Azərbaycana öz sərhəddindən silah buraxmır. İnetnet məkanında belə xəbərlər yayılır ki, Qazaxıstanın Aktau hava limanın üzərindən ermmənilərə silah-sursat daşınır. Ümid edirəm ki, bu feyk xəbərdir. “- yazaraq təəssüflənsə də, digər bir yazışmasında qeyd edir ki, bu gün bütün türk dünyasının və sülhsevər insanların ən çox izlədiyi şəxsiyyət Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir.

İlham Əliyevin  Haber Global, Evronews ,RBK və digər xarici  informasiya vasitələrinə verdiyi müsahibələrin isə Qazaxıstan xalqı və ziyalıları, politoloqları içərisində böyük maraq doğurduğu  bütün dostlarımızın səhifələrində paylaşdığı  rəylərdən görünür. Azərbaycan prezidentinin sərt bəyanatları, mərdi-mərdanə dediyi həqiqətləri, tarixi bilgisi, siyasi gedişləri  müzakirə olunur, Bir türk xalqı kimi , qazax qardaşlarımız kimi bundan məmnun olduqları, vüqar hissi keçirdiklərini sezməmək olmur. “Gecə İlham Əliyev RBK kanalına müsahibəsində dedi ki, Qarabağı  mütləq geri qaytaracaq. Gözləyək görək nə olur. Təki  boş söz olmasın”... kimi şərhlər də  qazax dostlarımızın narahatlığını izhar edir. İlham Əliyevin  fikirləri indi qazax xalqının dilində aforizm, Paşinyana dediyi sözlər isə , sözün əsil mənasında lətifə kimi məşhurlaşıb.

 

 

Daniyar Kasımov Paşinyanın Putinə zənglərini,qadınlardan ibarət döyüşçü batalyonu yaratmasını  sözün əsil mənasında sərsəmliyin göstəricisi sayır. Ermənistanın münaqişə zonası olmayan Mingəçeviri, Bakının kəndlərini  dayanmadan raket atəşinə tutmasını heç bir hüquq normalarına sığmadığını,  ermənilərin tərəfdaşlarındana ötən 26 illik atəşkəs müddətində Azərbaycanın dinc əhalisinin hər gün atəşə tutulmasnı, Xocalı faciəsini ,bu cinayətləri ötən 30 ildə beynəlxalq ictimaiyyətin nədən  görmədiklərini soruşur. Eyni zamanda beynəlxalq aləmin Azərbaycana iki standartlarla yanaşdığını sübut edir.

Azərbaycanın yaxın dostu Askar Kymıran isə Gəncənin bombalanmasını böyük faciə adlandıraraq, qeyd edir ki, dinc əhalinin bombardman edilməsi böyük cinayətdir? Elə isə bizim  Beynəlxalq  hüquq və BMT nəyimizə gərəkdir?”- deyir.

Eyni zamanda ərəb tarixçisi İbn Rəzzakın “Gəncə türklərin möhtəşəm paytaxtıdır”, “Bu qədim şəhər dünyaya,  Şirvanşaha “Ləyaqətli olmaq üçün türk olmalısan... əgər bacarsan...”- deyən Nizami Gəncəvini hədiyyə edib.”- kimi dəyərli fikirlərini bölüşür.   

2020-ci 11 oktyabrda gecə saat 2- dən ötmüş Gəncəyə raket zərbəsi atılanda, mən öz tərəfimdən bu haqda dostlarımı xəbərdar etdim ki, səsimizi dünyaya tez yaysınlar. Nurgali Jusupay , Politoloq samat Nurtaza, Kazıbek İsa,  Oljas Əbil, Baurjan Serikbayev Amangeldi Qurmetuli...—hər biri gecə ilə Gəncədə baş verən faiciəni öz səhifələrində paylaşaraq, dünyanı oyatmaq istədilər. Artıq neçə gündür ki, qazaxıstan mediasında, sosial şəbəkələrində günahsız öldürülən dinc sakinlərimizin, ölən uşaqlarımızın gəlinciklərinin şəkli dünyaya göz dağı kimi, vəhşətin ağrısı kimi göstərilir.

Samat Nordman Nurtaza: “Bu cinayət cəzasız qalmamalıdır.Erməni tərəfi atəşkəsi pozaraq Azərbaycanın Gəncə şəhərini bombalayıb. Türk uşaqları həlak olub. Onlar bizim balalrımızdır. Qazax xalqı bütün qəlbi və mənəviyyatı ilə Azərbaycan xalqı ilədir”.

Qazax dostlarımızın ən son paylaşdıqları isə Hadrutda Azərbaycan bayrağının yüksəldilməsi videosudur. Paylaşımların üzərində isə Ali Baş Komandan İlham Əliyevin : “İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır!”—sözləri həkk olunub.

 

Aida Eyvazlı GÖYTÜRK

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi