Modern.az

Babək Niftəliyev orduda döyüşməyə gedib? - Xalq artistindən AÇIQLAMA

Babək Niftəliyev orduda döyüşməyə gedib? - Xalq artistindən AÇIQLAMA

14 Oktyabr 2020, 12:06

Azərbaycan sənətkarlarının ordumuza verdiyi dəstək davam edir.

Modern.az-ın məlumatına görə, Qarabağ döyüşlərinin getdiyi  müddətdə ordumuza yardım göstərənlər arasında bir çox sənət adamları da var.

Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov Modern.az-a bildirib ki, sənətçilər daim ordumuzun yanında olublar. O, xanəndə Babək Niftəliyevin də hazırda cəbhəyə yaxın ərazilərdə olduğunu vurğulayıb:


“Bir neçə gün ərzində demək olar ki, bütün həmkarlarım hadisələrin baş verdiyi ərazilərə yollandı. Biz də Təyyar Bayramovla Ağdamdan yenicə  qayıtmışıq. Mən şəxsən, Silahlı Qüvvələrin Yardım Fonduna 1000 manat köçürmüşəm. Aramızdakı ehtiyatda olan zabitlər artıq döyüşlərdə fəal iştirak edir. Biz isə yaralı əsgərlərimizlə, onların ailələriylə görüşür, bacardığımız qədər onlara kömək etməyə çalışırıq. Tarix boyu, həmişə sənətkarlarımız ordumuzun yanında olub. Hazırda tanınmış adamların əksəriyyəti, xalqımıza bildirmədən ordumuza yardım göstərir. Bugün hər birimiz əsgərik”.

Sənətkar ordumuzun gücündən və qələbə çalacağından əmin olduğunu söyləyib.

Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir