Modern.az

Qırmızı Xaç Komitəsindən AÇIQLAMA: meyitlər və əsirlərlə bağlı yardıma hazırıq

Qırmızı Xaç Komitəsindən AÇIQLAMA: meyitlər və əsirlərlə bağlı yardıma hazırıq

14 Oktyabr 2020, 14:58

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) neytral vasitəçi olaraq döyüşlərdə ölən insanların meyitlərinin və əsirlərin təhvil verilməsinə yardım etməyə hazırdır. Biz hazırda tərəflərlə qarşılıqlı şəkildə ikitərəfli dialoqdayıq. Çünki tərəfimzidən əməliyyatların həyata keçirilməsilə bağlı müəyyən detallar razılaşdırılmalıdır.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

 

İ.Hüseynova qeyd edib ki, ancaq detallar tam razılaşdırıldıqdan sonra Komitə tərəfindən əməliyyat həyata keçirilə bilər:

“Detallar dedikdə, söhbət yalnız  Komitənin əməkdaşlarının fəaliyyət göstərməsi üçün şərait yaradılmasından getmir. Burada konfedensial olan bəzi məsələlər var ki, məhz onlar razılaşdırıldıqdan sonra tərəfimzidən əməliyyatalara başlanılacaq”.

 

Komitə rəsmisinin sözlərinə görə, silahlı münaqişələrlə bağlı beynəlxalq humanitar qanuna əsasən, BQXK-nin münaqişə tərəflərinin ölənlərin hansı tərəfdə vuruşmasından asılı olmayaraq toplayaraq, evakuasiya etmək öhdəliyi var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər