Modern.az

ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarından etiraz - FOTO

ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarından etiraz - FOTO

15 Oktyabr 2020, 00:42

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib.

Modern.az xəbər verir ki, Vaşinqton şəhərində-Ağ evin qarşısında keçirilən etiraz tədbirində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib.

Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutan  Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.

Etiraz tədbirində Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib.

Aksiyaya ABŞ-dakı türk icmasından da dəstək gəlib.

Etiraz tədbirində Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir