Metronun şərti adı B-3 olan stansiyaya şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov qeyd edib ki, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur:
"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq bununla bağlı heç bir məlumat yoxdur".