Modern.az

Niyə əsgərə xitab edən hərbi mahnılar yazılmır? - Bəstəkarlardan CAVAB

Niyə əsgərə xitab edən hərbi mahnılar yazılmır? - Bəstəkarlardan CAVAB

Mədəni̇yyət

15 Oktyabr 2020, 14:39

Vətən qarşısında borcunu layiqincə yerinə yetirən əsgərlərimizin ruh yüksəkliyini hər birimiz təmin etməliyik. Bu baxımdan arxa cəbhənin insanları olaraq üzərimizə xüsusilə daha çox iş düşür.

Eyni zamanda, Azərbaycan bəstəkarları da bu mövzuda daha çox söz sahibi olmalıdır.

Yadınızdadırsa, indi də populyar olan “Əsgər marşı”nı bəstəkar Cavanşir Quliyev 1992-ci ildə Birinci Qarabağ Müharibəsinin gedişi zamanı yazmışdı.

Bəs hazırda apardığımız  İkinci Qarabağ savaşı müddətində niyə coşqulu, kütləyə xitab edə biləcək hərbi mahnılar yazılmır?

Ümumiyyətlə, yaradıcı insanlar bu barədə nə düşünür?

 

Modern.az mövzu barədə bir neçə tanınmış bəstəkarın fikirlərini öyrənib.


Xalq artisti Faiq Sücəddinov 90-cı illərdə də marş yazdığını bildirib: “1989-cu ildə sözləri Cabir Novruzun olan “Vətəndən pay olmaz” mahnısını bəstələdim. İndi gedən döyüşlərdə əsgərlərə ruh yüksəkliyi yaratmaq üçün musiqisi mənim, sözləri Baba Vəziroğlunun olan “Ucalan Azərbaycan” mahnısını bəstələmişik. Bundan qabaq “Qarabağ bizimdir, bizim olacaq!” adlı Briliant Dadaşovanın oxuduğu mahnını xalqa təqdim etdik.”


Bəstəkarın sözlərinə görə, biz hamımız bir yumruğuq:

 

“Rəssamlar Qarabağın rəsmini çəkir, heykəltaraşlar Azərbaycan əsgərinin heykəlini düzəldir. Bu yaxınlarda Bədii şura yığılacaq, biz briqada olaraq əsgərlərimizin yanına gedəcəyik, onlara mahnılar oxuyacağıq”.

 

Bəstəkar Aygün Səmədzadə: “Son aylarda ruh yüksəkliyini artırmaq üçün “ Elm bayrağı”, “Şəhidlər” , “İstiqlal” kimi mahnılar bəstələmişəm”.

 

Xalq artisti Fərhad Bədəlbəyli yeni mahnılar bəstələdiyini və yaxın zamanda xor tərəfindən ifa olunacağını bildirib.

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir