Modern.az

Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi - 3 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi - 3 nəfər öldü

Hadisə

15 Oktyabr 2020, 15:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 43280 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 39671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2990 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8054, hazırkı dövrədək isə 1201924 test aparılıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı