Modern.az

Misir mediasında Azərbaycan diaspor sədrinin müsahibəsi dərc olunub  

Misir mediasında Azərbaycan diaspor sədrinin müsahibəsi dərc olunub  

16 Oktyabr 2020, 14:35

Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin “almydannews” qəzetində müsahibəsi dərc olunub.

 

Modern.az xəbər verir ki, diaspora sədri Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu qeyd edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb. 

 

Seymur Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. O vurğulayıb ki, işğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır. 

 

Diaspora sədri, bir çox dünya dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini "soyqırım" kimi tanıdığını qeyd edib.

 

//almydannews.net/%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d8%a3%d8%b1%d9%85%d9%8a%d9%86%d9%8a%d8%a7-%d8%ad%d8%b1%d8%a8-%d9%85%d8%b4%d8%b1%d9%88%d8%b9%d8%a9-%d9%88%d8%b3%d8%b7-%d8%a7%d9%86%d8%ad%d9%8a/?fbclid=IwAR3oXAad9VFM34AAfdR9yAH0Hxco6KlSo8ZVAhENfdHM_NE0ZPyl6IRdxwE

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi