Modern.az

Gəncəyə raket hücumu nəticəsində həlak olanların sayı artdı - RƏSMİ - YENİLƏNİB

Gəncəyə raket hücumu nəticəsində həlak olanların sayı artdı - RƏSMİ - YENİLƏNİB

17 Oktyabr 2020, 04:10

"Ermənistanın Gəncəyə xain raket hücumu nəticəsində 10-dan çox mülki çəxs öldürüldü, təxminən 40 nəfər yaralandı. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır".

 

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

 

03:49

 

"Ermənistanın Gəncəyə alçaqcasına raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

 

"Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas olunması davam edir", - deyə şöbə müdiri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür