Modern.az

Komitə sədri: “Ermənistanın siyasəti bəşəriyyət əleyhinə yönəlib”

Komitə sədri: “Ermənistanın siyasəti bəşəriyyət əleyhinə yönəlib”

Parlament

17 Oktyabr 2020, 13:46

“İndiki hadisə Ermənistanın faşist siyasətinin mahiyyətini və onun iç üzünü göstərir. Bu siyasət insanlığa, onun mənafeylərinə və bəşəriyyət əleyhinə yönəlib. Əks halda belə vəhşi, vandal siyasət baş verməzdi”.

 

Bu fikirləri Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova Modern.az-a ötən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə, dinc əhaliyə qarşı hücumundan danışarkən səsləndirib.

 

Komitə sədri qeyd edib ki, Azərbaycan bu cinayətlərin dəyərləndirilməsi, cavabsız qalmaması üçün lazım addımları döyüş meydanında, informasiya müharibəsində, həm də diplomatiya sahəsində böyük uğurla yerinə yetirir:

“Beynəlxalq təşkilatlar bu barədə məlumatlıdır, amma biz yenə öz vəzifəmizi yerinə yetirərək, hadisə ilə bağlı ətraflı məlumatları təqdim edəcəyik. İstərdik ki, belə vəhşiliyə biganə qalmayıb, öz mövqelərini bildirsinlər. Ən azı haqqın, ədalətin yanında olduqlarını nümayiş etdirsinlər”. 

 

Bahar Muradovanın sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü, suverənliyini bərpa edəcək. Həmin ərazilərdən köçkün düşmüş vətəndaşları öz torpaqlarına geri qaytaracaq:

 

“Dövlətimiz hüquqi sivil vətəndaş cəmiyyəti quruculuğu ilə inkişaf edən bir ölkədir. Qanunlara hörmət edən, onu qəbul edən, qanun çərçivəsində Azərbaycan ərazisində yaşamaq istəyən  hər bir etnik qrupa lazımi şərait yaradıb, bu gündən sonrada yaradacaqdır. Yaxşı olardıki, Ermənistan tərəfi bunu anlasın, daha artıq qurbanlardan çəkinsin.

 

Biz yenə də öz mövqeyimizdə qalırıq. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və öz suverənliyini qorumaq istiqamətində öz öhdəliklərini yerinə yetirir. Beynəlxalq ictimaiyyət bunu obyektiv dəyərləndirəcəksə, bu onların nüfuzuna işləyəcək, yox, əgər susqunluğ nümayiş etdirib, haqsızın, təcavüzkarın yanında duracaqsa buna artıq bizim sözümüz yoxdur”.

 

Aysel ASLAN

Fidan İLQARQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir