Modern.az

Gürcüstanda yaşayan ermənilər etiraza qalxıblar

Gürcüstanda yaşayan ermənilər etiraza qalxıblar

4 İyul 2012, 17:56

Erməni deputat Şirak Torosyanın Gürcüstana gəlməsinə icazə verilməməsi ermənilərin narazılığına səbəb olub. Bu barədə Modern.az saytına Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov məlumat verib.

Erməni deputatın Gürcüstana buraxılmamasına münasibət bildirən A.Süleymanov bildirib ki, bundan istifadə edən ermənilər narazılıq etməyə başlayıblar.

“Bu olaydan sonra Gürcüstanda yaşayan ermənilərin bir çoxu narazılıq etdilər. Lakin rəsmi şəkildə Gürcüstana narazılıq ifadə olunmayıb. Bir o qədər də ciddi məsələ deyil. Sadəcə olaraq ermənilər həmişəki kimi səs-küy qaldırmaqla məşğuldurlar. Ciddi bir məsələ yoxdur. Ermənilərin işi ancaq bundan ibarətdir”, - deyə A.Süleymanov vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin üzvü Şirak Torosyanın Gürcüstana gəlməsinə icazə verməyiblər. Erməni deputatın Gürcüstan ərazisinə daxil olması birmənalı şəkildə qadağan edilib. Buna səbəb isə onun Gürcüstanın Cavaxetiya bölgəsinin guya Ermənistana məxsus olması ilə bağlı yalan iddialar səsləndirməsidir.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi