Modern.az

Məşhur zəngilanlı şahmatçılardan şəhərin azad olunmasına REAKSİYA

Məşhur zəngilanlı şahmatçılardan şəhərin azad olunmasına REAKSİYA

Mədəni̇yyət

20 Oktyabr 2020, 17:58

Azərbaycanın məşhur şahmatçıları , əslən zəngilanlı Şəhriyar Məmmədyarov və bacısı Türkan Məmmədyarova doğma rayonun işğaldan azad olunmasına reaksiyalarını gizlətməyiblər.

Modern.az-ın məlumatına görə, beynəlxalq qroysmeyster Ş.Məmmədyarov özünün “Feysbuk” səhifəsində bu sözləri yazıb.

“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”.

Türkan Məmmədyarova hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb:

“Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”

 Qeyd edək ki, onların digər bacısı Zeynəb Məmmədyarova da tanınmış şahmatçıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər