Arxiv
21 Oktyabr 2020, 16:50 | DİASPOR
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz  

Azərbaycandan uzaqda- Cənubi  Amerik qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib. O, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa  aid “Azərbaycan önəmlidir!” “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə  dəstəklərini nümayiş etdiriblər. 

 

Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv