Modern.az

“Karabakh is Azerbaijan” London küçələrində - Foto

“Karabakh is Azerbaijan” London küçələrində - Foto

21 Oktyabr 2020, 18:16

Londonda üzərində "Karabakh is Azerbaijan" yazılan maşınlar küçələrə buraxılıb.

 

Modern.az xəbər verir ki, Böyük Britaniyanın mərkəzi Londonda Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu yerli vətədaşlara tanıtmaq üçün sosial layihə həyata keçirilib.

 

London küçələrinə üzərində iri hərflərlə "Karabakh is Azerbaijan" yazıları olan promo avtomobillər buraxılıb. Həmin avtomobillər Londonun mərkəzi küçə və prospektləri boyu hərəkət edərək insanlara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardığı barədə məlumat verib. Bu aksiya London sakinləri, şəhərdə olan turistlər və jurnalistlər tərəfindən maraqla qarşılanıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı