Modern.az

Mehriban Əliyeva Rusiyanın tanınmış tibb xadimləri ilə görüşüb

Mehriban Əliyeva Rusiyanın tanınmış tibb xadimləri ilə görüşüb

22 Yanvar 2010, 23:01

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 22-də Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun “Tibb xadimləri” seksiyasının bir qrup nümayəndəsi ilə görüşüb.
Görüşdə Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti haqqında məlumat veri
b.
Fondun humanitar, xüsusilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirdiyini deyən Azərbaycanın birinci xanımı qaçqın və məcburi köçkün ailələrdən, valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını söylə
yib. Yarandığı gündən məqsədi və məramı yalnız xalqa xidmət olan Heydər Əliyev Fondunun insanların problemlərinin həllində böyük rolu var.
Azərbaycanda səhiyyə sahəsinin ən yüksək standartlara cavab verməsi üçün görülən işlər haqqında söhbət açılan görüşdə bu sahənin inkişafında beynəlxalq kadr mübadiləsinə, səhiyyə ocaqlarının ən müasir avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirildiyi vurğulan
ıb.
Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətini yüksək qiymətləndirən qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək burada gördüklərinin onlarda xoş təəssürat oyatdığını diqqətə çatdır
ıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub