Modern.az

Beynəlxalq təşkilatlardan Milli Məclisə erməni təcavüzünü pisləyən məktublar gəlir

Beynəlxalq təşkilatlardan Milli Məclisə erməni təcavüzünü pisləyən məktublar gəlir

Parlament

22 Oktyabr 2020, 15:00

 

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Milli Məclisin Sədrinə göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin endirilməsi pislənilir.

 

Məktubda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən keçirilən müxtəlif konfranslarda qəbul olunan qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dəstək verilməsi bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxsaylı mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən təcavüzü bir daha kəskin şəkildə qınanır.    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub