Modern.az

İnformasiya müharibəsini necə aparmalıyıq? - Məşhur jurnalist DANIŞDI: “Çox işimiz var”

İnformasiya müharibəsini necə aparmalıyıq? - Məşhur jurnalist DANIŞDI: “Çox işimiz var”

23 Oktyabr 2020, 14:48

Hazırda ölkəmiz iki cəbhədə savaşır. Ön cəbhədə əsgərlərimiz döyüşərkən, arxa cəbəhədəki bizlər informasiya müharibəsinin nəfərləriyik. Beynəlxalq aləmə doğru informasiya çatdırmaq, dünyanı gerçəklərdən xəbərdar etmək mühüm məsələdir.


Mövzu haqqında Modern.az-a danışan Doğan Xəbər Agentliyində (DHA) rəhbər vəzifəsində işləmiş Zeki Salih Sarıdanişment Qərb mediasının obyektiv və adil olmadığını qeyd edərək, belə deyib:


“Onlar çox vaxt hümanitar prinsiplərin yox, bir sıra hədəflərin arxasınca gedirlər. Nəticədə Azərbaycan və Türkiyənin əleyhinə bir informasiya axışı, təbliğat görürük. Dünyadaki vicdanlı, doğru jurnalistlərlə əlaqə qurub vəziyyəti doğru şəkildə təqdim etmək lazımdır. Hüquqi cəhətdən haqlı olduğumuzu bütün dünyaya bildirmək çox önəmlidir. Təəssüf ki, bunu hələ bacara bilməmişik”.


Müsahibimiz bildirib ki, iş sadəcə tək bir jurnalisti inandırmaqla da bitmir:


“Onların mənbə kimi ələ aldığı resurslarda vəziyyəti elmi cəhətdən izah etmək lazımdır. Sonra bu mövzularla bağlı yazan jurnalistlərlə əlaqə saxlayıb, doğru informasiya mübadiləsi aparmalıyıq. Uzun müddətli olaraq, bu işlə məsğul olmadıq. Bundan sonra çox şeyi dəyişdirmək mümkün deyil. Amma yenə də, dünya media qurumlarının məbə olaraq qəbul etdiyi xəbər agentlikləri ilə əlaqə qurub, hadisələr haqqında şəkil və videolar göndərmək bəlkə vəziyyəti dəyişə bilər. Bəzən səhifələrlə yazı yerinə, bir şəkil kadrı və ya qısa səsyazısı daha effektiv olur. Bu məsələdə əsas rolu işi bilən professionallar oynamalıdır. Həm Azərbaycan, həm də Türkiyə mediasının görməli olduğu çox iş var ”.


Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi