Modern.az

Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib  

Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib  

24 Oktyabr 2020, 17:42

 

Parisdəki Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans”a müsahibə verib.

 

Diaspora Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğurunda apardığı haqlı mübarizəsindən danışan Mirvari Fətəliyeva qondarma “Dağlıq Qarabağ Respublikası”nı BMT-nin heç bir üzvü, hətta Ermənistan tərəfindən də tanınmadığını da vurğulayıb. O həmçinin 30 ilə yaxındır beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun beynəlxalq hüququn tətbiqi, münaqişənin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərmədiyini də qeyd edib. Mirvari Fətəliyeva Ermənistan Silahlı Qüvvələrinin onları doğma kəndlərindən necə vəhşicəsinə qovmalarından və Xocalı Soyqırımında 613 dinc sakinin qətlə yertirmələrindən danışaraq bu münaqişənin tezliklə başa çatacağına və əcdadlarının dəfn olunduğu torpaqları yenidən görə biləcəyənə inamını bildirib. 

 

Bununla yanaşı, müsahibə zamanı M. Fətəliyeva bildirib ki, müharibədə Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsi ilə bağlı  iddialar  əsassızdır və  rəsmi Bakı da belə iddiaları hər zaman rədd edib.  

 

//fr.sputniknews.com/international/202010171044591584-haut-karabakh-lazerbaidjan-ne-renoncera-jamais-a-recuperer-ses-terres-cest-une-question/

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır